SON DƏQİQƏ! Müdafiə Nazirliyinin zabiti həbs edildi

HADİSƏ 22 may 2024, 11:54
Müdafiə Nazirliyinin tabeliyindəki N saylı hərbi-hissənin sabiq tabor komandiri Elnur Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Rafiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Elnur Əliyev rüşvət almaqda təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib. 

İstintaq orqanı tərəfindən Elnur Əliyevə Cinayət Məcəlləsinin 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma) və 179.1-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə ittiham verilmişdi. 

Məhkəmə Cinayət Nəcəllənin 179.1-ci maddəsini ittihamdan xaric edib. 

O, Cinayət Məcəlləsinin 311.2-ci maddəsi ilə təqsirli bilinib. 

Elnur Əliyevin barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə zalından həbs edilib.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top