Azərbaycanın daha bir güləşçisi Avropa çempionatında qızıl medal qazandı — YENİLƏNİB

İDMAN 21 may 2024, 21:25
Azərbaycanın daha bir yunan-Roma güləşçisi Bakıda keçirilən U-23 Avropa çempionatının qalibi olub.

Demokrat.az
xəbər verir ki, Xasay Həsənli (77 kq) qızıl medal uğrunda türkiyəli Yüksəl Sarıçiçeklə üz-üzə gəlib və rəqibini üstələyib.

Qeyd edək ki, digər güləşçimiz Ziya Babaşov (63 kq) da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Rəşad Məmmədov (55 kq) isə turnirin bürünc mükafatına sahib çıxıb.

19:18

Azərbaycanın yunan-Roma güləşçisi Ziya Babaşov (63 kq) Bakıda keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.

Demokrat.az
xəbər verir ki, idmançımız finalda Vitali Yeriomenkonu (Moldova) üstələyib.

Qeyd edək ki, U-23 Avropa çempionatı mayın 26-da başa çatacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top