“Zelenskinin vəzifədən getməsi hərbi əməliyyatlarımıza təsir etməyəcək” — Peskov

DÜNYA 20 may 2024, 17:23
“Ukrayna Prezidenti Vladimir Zelenskinin səlahiyyət müddətinin başa çatması Rusiyanın həyata keçirdiyi xüsusi hərbi əməliyyatlara təsir etməyəcək”.

Demokrat.az
xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, sözügedən proses Rusiyanın Ukraynadakı planlarına təsir edə bilməz:

“Bu gündən etibarən Zelenskinin 5 illik səlahiyyət müddəti başa çatır. Xüsusi hərbi əməliyyatlarımız hər variantda davam edəcək. Ukrayna ordusu Rusiyanın bəzi şəhərlərinə hücumlar təşkil edir. Bu səbəbdən Rusiya ordusu Ukraynada təhlükəsizlik zonası yaratmağa davam edir”. 

Qeyd edək ki, 2019-cu ildə Ukraynada keçirilən prezident seçkilərində qalib gələn Zelenskinin 5 illik səlahiyyət müddəti bu gün bitir.


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top