Elçin Əmirbəyov İsrail XİN-in direktoru ilə görüşdü — FOTO

XARİCİ SİYASƏT 08 may 2024, 12:30
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İsrail Xarici İşlər Nazirliyinin (XİN) siyasi direktoru Aliza Bin Noun ilə Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti də müzakirə edib.

Demokrat.az xəbər verir ki, bu barədə İsrail XİN-in nümayəndəsi Aliza Bin Noun özünün “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla səmimi görüşümüz oldu. Müzakirələr zamanı əsasən ikitərəfli və regional məsələlərə toxunuldu, Cənubi Qafqaz və Yaxın Şərqdə cari hadisələrə xüsusi diqqət yetirildi”, - deyə paylaşımda qeyd edilib. 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top