30 il əvvəl döyüşdə itkin düşmüş şəhidin qalıqları tapılıb — Lənkərana gətirilir

HADİSƏ 08 may 2024, 08:41
Birinci Qarabağ müharibəsində şəhid olmuş Lənkəran sakinin nəşinin qalıqları tapılıb.

Demokrat.az bildirir ki, bu barədə “Bizim Lənkəran” səhifəsində bildirilib.

Lənkəran rayonunun Şağlaser kəndində anadan olan Şəhid Musayev İbad Musarza oğlunun nəşi 30 ildən sonra Beyləqan rayonunun ərazisində müəyyən edilib.

İ.Musayev 1994-cü il yanvar ayının 26-da Füzuli rayonunun Əbdürəhmanlı kəndində gedən döyüşlərdə itkin düşmüşdü. Şəhidimizin nəşi bu gün- may ayının 8-də Şağlaser kəndinə gətiriləcək və kənd qəbiristanlığında dəfn olunacaq.

Allah rəhmət eləsin!

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top