Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar — AÇIQLAMA (VİDEO)

SOSİAL 06 may 2024, 10:28
"Azərbaycan Prezidenti İlham Əliyev “Əmək pensiyaları haqqında” qanuna dəyişiklilərin edilməsi ilə bağlı sənədi imzalayıb. Bu sənədə əsasən, bir sıra şəxslərin daha tez pensiyaya çıxmaq hüququ təsbit edilib".

Demokrat.az xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov bildirib. 

Deputat əlavə edib ki, bundan sonra valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqları qəyyumluğa götürüb saxlamaq daxil olmaqla, bütövlükdə 5 uşağı olan valideynlər daha tez pensiyaya çıxmaq hüququ əldə edəcəklər: 

"Həmin vaideynlərin pensiya yaşı 5 il azaldılacaq. Əvvəlki qanunda bu hüquq yalnız analara şamil edilirdi. Yeni qanunla atalar da 60 yaşında pensiyaya çıxmaq hüququ əldə edəcəklər".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 may 2024, 12:15
Top