“Avropa İttifaqı Bakının maraqlarını nəzərə almalıdır” — AÇIQLAMA

GÜNDƏM 03 may 2024, 12:03
Avropa İttifaqı Sülh Fondu Ermənistana 10 milyon avro məbləğində maliyyə ayıracaq. Bu, faktiki olaraq İrəvanın silahlandırılmasına xidmət edir. 5 aprel tarixli Avropa İttifaqı-ABŞ-Ermənistan danışıqlarının nəticəsi olaraq əldə edilən gizli razılaşmanın bir hissəsi olan təxribat xarakterli bu qərarın sülhə zərbə olduğu açıq-aydın görünür.

Siyasi şərhçi Asif Nərimanlı Demokrat.az-a açıqlamasında deyib ki, bu maliyyə yardımı ilə Ermənistanda bir batalyon üçün düşərgə salınması planlaşdırılıb:

“Aİ təkzib etsə belə Ermənistan ordusuna maliyyə ayırır. Azərbaycan bu məsələni dəfələrlə gündəmə gətirib. Buna baxmayaraq nə ABŞ, nə də Aİ bu həqiqəti qəbul edir. Sözügedən qərardan sonra Macarıstan məhz Azərbaycana görə bu layihəni bloklayıb. Macarıstanın əsas şərti budur ki, Sülh Fondu Ermənistanla yanaşı, Azərbaycana da maliyyə yardımı ayırsın. Bu da o deməkdir ki, artıq 10 milyonluq maliyyə yardımından söhbət gedə bilməz. Aİ-yə bir daha aydın oldu ki, Bakının maraqlarını nəzərə almalıdır. Çünki  Aİ-dəki Azərbaycanla dost olan ölkələr anti Azərbaycan yanaşmalarının qarşısını ala bilir”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top