Faktiki hava açıqlandı

SOSİAL 02 may 2024, 16:55
Mayın 3-ü saat 16:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında 24 m/s, Goranboyda 19 m/s, Naftalanda 18 m/s-dək güclənib.

Milli Hidrometeorologiya Xidmətindən Demokrat.az-a verilən xəbərə görə, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.4 metrdir.

Daşkəsən, Gədəbəydə arabir yağış yağıb. Qrız, Şəmkirdə duman müşahidə olunub.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 21, Naxçıvan MR-da 26, Aran rayonlarında 27, dağlıq rayonlarda 20, yüksək dağlıq ərazilərdə isə 8 dərəcəyədək isti olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top