Etibar Əliyevdən növbəti kitab təqdimatı — FOTO

ƏDƏBİYYAT 17 may 2024, 11:28
Millət vəkili, maarifçi Etibar Əliyev sosial şəbəkədə daha bir kitabın təqdimatını edib. Bu, amerikalı filosof Samuel Hantinqtonun “Biz kimik?” kitabıdır.

E.Əliyev yazır:

Milli identiklik haqqında xeyli kitablar yazılıb. Amerika tədqiqatçısı-analitik, filosof və politoloq Samuel Hantinqtonun (1927-2008) "Biz kimik?" kitabı bu mövzuda yazılmış ən yaxşılardan biridir.

Həmin kitabdan: “Çarlz–strit, Bostonun Bikon-hill rayonunun şah damarıdır. Bu rayona 4 mərtəbəli kərpic evlər xüsusi gözəllik verir. Buranın məhəllələrinin birində yerləşən poçtun girişində və spirtli içkilər mağazasının qarşısında mütəmadi olaraq Amerika bayraqları asılırdı. Bir müddətdən sonra bayraqlar yığışdırıldı. 2001-ci ilin 11 sentyabrından iki həftə sonra bu məhəllədə 17 bayraq dalğalandı. Ölkə təhdid altında qalanda Çarlz–strit sakinləri dərhal öz milli mənsubiyyətlərini anlayaraq, özlərini ölkələri ilə eyniləşdirdirdilər. Bayraq heç vaxt 11 sentyabrdakı qədər mahiyyət daşımamışdı. Onlar hər yerdə: evlərdə, ofislərdə, maşınlarda, pəncərələrdə, işıq dirəklərində, telefon antenalarında, hətta mebel və geyim paltarlarında görünməyə başladı. Oktyabr ayının əvvələrində keçirlən sosioloji sorğu göstərdi ki, 80% Amerika vətəndaşı milli bayrağı evdən, maşından və geyimlərdən taxmışlar. “Uollmart” univermağı 11 sentyabrda 116. 000, bir gün sonra isə 250.000 bayraq satmışdır. Ötən illərdəki bayraq satışına diqqət edin: 6.400-10.000 ədəd. Beləliklə, bayraqlar Amerika milli identikliyinin əsas şahidinə çevrilmişdi”.

Zəruru qeyd: 44 Günlük Vətən müharibəsində hər yerdə bayraq gördük. Gördükcə qürur duyduq. Bayrağımız maşınlarda, evlərin balkonlarında, uşaqların əlində, şəhidlərimizin dəfnində, işğaldan azad olunmuş torpaqlarımızda dalğalandı. Bayraq bizim milli identikliyimizin şahidinə çevrilib.

Biz bayrağa olan sevgidə heç kimi yamsılamırıq, bu, bizim təbii hisslərimizdir. Qələbə duyğularımızdır. Bayrağımızı yeni nəfəslə qələbə simvoluna, həmrəylik simvoluna çevirmişik.

Böyük şairimiz Əhməd Cavad belə yazmışdı: 

Allahın yıldızı, o gözəl pəri,

Sığınmış qoynunda Aya bayrağım!

Böyük Məmməd Əmin Rəsulzadə belə demişdi:

Bir kərə yüksələn bayraq bir daha enməz!

Kitabın orijinal adı: Samuel P. Huntington: “Who We Are?”

2018-ci ildə almışam.

Kitab 541 səhifədir.


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top