Bakıda 85 yaşlı qadın oğlu tərəfindən döyülərək küçəyə atılıb — VİDEO

HADİSƏ 28 apr 2024, 20:15

Baku TV-nin qaynar xəttinə paytaxtın Xətai rayonunda 85 yaşlı qadının küçədə gecələməsi barədə məlumat daxil olub.

Baku TV-nin əməkdaşları vətəndaşların müraciəti əsasında sözügedən ünvana gedərək qadınla həmsöhbət olub, ona kömək etməyə çalışıblar.

Yaşlı qadın oğlu tərəfindən döyüldüyünü, küçəyə atıldığını iddia edib:

“İki oğlum və yoldaşım rəhmətə gedib. İlham sonbeşikdir, Qarabağda döyüşlərdə iştirak edib. Bu gün səhər məni döydü, kürəyimi mətbəxin qapısına vurdu. Qulağımı cırdı, yumruqla başıma vurdu”.

Daha ətraflı vidematerialda:
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 may 2024, 17:51
Top