Şəkidə 2 avtomobil toqquşub, xəsarət alanlar var

HADİSƏ 28 apr 2024, 17:51
Şəkidə 2 avtomobil toqquşub, xəsarət alanlar var.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Şəki-Qax avtomobil yolunun rayonun Biləcik kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Toyota" və "Chevrolet" markalı avtomobillərin toqquşması nəticəsində Zaqatala rayon sakini, 1987-ci il təvəllüdlü İsrafilov Rəşad Nuru oğlu və Qax rayon sakini, 1978-ci il təvəllüdlü Babacanaşvili Qoqita Romikoyeviç xəsarət alıblar.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 may 2024, 17:51
Top