"COP29 sahibkarlıq subyektlərinin fəaliyyətinə təkan verəcək" — İqtisadçı

COP29 23 apr 2024, 13:16
 "COP29-un Azərbaycana mühüm töhfələri olacaq. Bu tədbir ilk növbədə ölkəmizin imicinin yüksəldilməsinə xidmət edir. Digər bir vacib məsələ isə odur ki, Azərbaycanın enerji strategiyasının beynəlxalq səviyyədə dəstəklənməsində COP29 mühüm rol oynayacaq".

Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, Azərbaycan neft strategiyasından sonra qaz, ardınca isə alternativ enerji strategiyasını həyata keçirməkdədir:

"Alternativ enerji strategiyası daha çox investisiya və əməkdaşlıq tələb edir. Bu məsələdə beynəlxalq əməkdaşlıq çərçivəsində layihələrin icra edilməsinə böyük ehtiyac var. 

COP29 ölkədə turizmin inkişafına da təkan verəcək. Sahibkarlıq subyektlərinin inkişaf edəcəyini də qeyd etməliyik. Tədbirin keçirilməsi ilə əlaqədar dövlət tərəfindən müxtəlif mexanizmlər yaradılır. Bunlardan biri bilavasitə güzəştli kreditlərin əldə olunması ilə bağlı mexanizmin işə salınmasıdır. Bu, sahibkarlıq subyektlərinin fəaliyyətini dəstəkləyən bir mexanizm olacaq".

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top