Biznesmen və fiziki şəxslər “AccessBank”a üz çevirdi

MALİYYƏ 22 apr 2024, 10:56
“AccessBank” öhdəliklər cəmi 34 milyon 889 min manat azalaraq 1 milyard 220 milyon manata düşüb.

Demokrat.az xəbər verir ki, bu azalmada əsas pay depozit portfelinin üstünə düşüb. Belə ki, fiziki şəxslər bankdakı pullarının 32 milyon 860 min manatını və ya 3.9 faizini geri çəkərək vəsaiti 809 milyon 606 min manata endirib. Hüquqi şəxslər isə bankdakı əmanətlərinin 53 milyon 327 min manatını geri çəkərək depoziti 155 milyon 782 min manat edib. Nəticədə bankın depozit portfeli 86 milyon 187 min manat və ya 8.19 faiz azalıb. Bankın depozit portfeli bu ilin ilk rübündə 965 milyon 388 min manat təşkil edib. (Kommersant.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top