Oğuzda avtomobil dirəyə çırpılıb, xəsarət alanlar var

HADİSƏ 21 apr 2024, 22:16

Oğuz rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Xaçmaz kəndində baş verib.

Belə ki, Xaçmaz kənd sakini, 1994-cü il təvəllüdlü Araz İlyas oğlu Rəsulovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil yoldan çıxaraq dirəyə çırpılıb.

Nəticədə sürücü və onun sərnişini, 1995-ci il təvəllüdlü Ərazi Zaman oğlu Abdulhəlimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top