Qəbul imtahanında hansı yeniliklər olacaq? — Məleykə Abbaszadədən AÇIQLAMA

SOSİAL 19 apr 2024, 16:48
“Qəbul imtahanlarında yenilik tətbiq olunacaqsa, bu, azı iki il əvvəl elan edilir”.

Demokrat.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

DİM rəhbəri bildirib ki, qəbul imtahanlarında yeniliklər tətbiq olunmazdan əvvəl Elm və Təhsil Nazirliyinin mütəxəssisləri ilə birlikdə geniş müzakirə aparılır:

“Növbəti mərhələdə addım-addım yenilikləri tətbiq edirik. Hər tədris ilinin əvvəlində gələcək imtahan modelini çap edirik. Hər kəs noyabr, dekabr ayında çap olunan imtahan proqramları ilə tanış olub, imtahanın hansı çətinlikdə olacağını təsəvvür edə bilər. Təəssüf ki, belə elmi yanaşmaları müşahidə etmirik”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 may 2024, 11:07
Top