İndoneziyada dəhşətli vulkan püskürməsi: İnsanlar təxliyə edilir

DÜNYA 18 apr 2024, 21:30
İndoneziyanın şimalındakı Ruanq vulkanında dəhşətli püskürmə baş verib. 

Demokrat.az
xəbər verir  ki, bu barədə “Bernama” agentliyi məlumat yayıb.

Məlumata görə, partlayış səbəbilə bölgədən 11 mindən çox insanın təxliyə edilməsinə qərar verilib.

 Həmçinin, ölkədə aprelin 29-dək “fövqəladə vəziyyət” elan edilib.

İndoneziya Vulkanologiya və Geoloji Fəlakət Mərkəzi son 24 saatda ən azı 5 böyük partlayışın baş verdiyini açıqlayıb. 

Səlahiyyətlilər sunami xəbərdarlığı edib, sakinlərə və turistlərə ehtiyatlı olmaq və vulkanın ətrafındakı 6 kilometrlik əraziyə girməmək tövsiyə edilib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top