"Parislə danışıqlar artıq fərqli şəkildə aparılır"

XARİCİ SİYASƏT 18 apr 2024, 16:12
Bizim dəstəyə ehtiyacımız var və Azərbaycan Milli Məclisi ilə imzalanan memorandum bu istiqamətdə atılan uğurlu addımdır.

Demokrat.az “Report”a istinadən xəbər verir ki, bunu Yeni Kaledoniya Senatının üzvü Moris Vimian Milli Məclisdə təşkil olunan “Tarix, Müasir çağırışlar və Gözlənilən Gələcək” mövzusuna həsr edilmiş konfransda deyib.

O bildirib ki, hazırda yaranmış şərait Yeni Kaledoniya xalqının müstəqillik uğrunda mübarizəsini daha da gücləndirir:

“Azərbaycan öz yardım əlini kanak xalqına uzadıb və biz buna görə çox tşəkkür edirik. Yeni Kaledoniyada bizim üç institut var, onlar kanak xalqı tərəfindən idarə olunur və mübarizəmizdə aktiv iştirak edirlər”.

Senat üzvü vurğulayıb ki, təmsil olunduğu quruma hazırda kanak xalqının təmsilçisi rəhbərlik edir:

“Bundan başqa, bu gün iki əyalətimizin təmsilçisi kanak xalqına mənsubdur. Bizim siyasi rəhbərimiz öz xalqının yanındadır və Parislə danışıqlar artıq fərqli şəkildə aparılır.

Fransa bu gün taktikasını dəyişib. Onlar ölkədəki institutların işləmə mexanizmini də dəyişərək, Konqres və əyalətlərin işinə müdaxilə etmək istəyirlər.

Bizim dəstəyə ehtiyacımız var və Azərbaycan Milli Məclisi ilə imzalanan memorandum bu istiqamətdə atılan uğurlu addımdır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top