“Diplomatik münasibətlərə xələl gələ bilər” — Fransanın yeni oyunu...

GÜNDƏM 17 apr 2024, 16:52
Xəbər verdiyimiz kimi, Fransanın Azərbaycandakı səfiri Ann Buayon məsləhətləşmələr üçün geri çağırılıb. Fransa tərəfi əsassız olaraq rəsmi Bakını ikitərəfli münasibətlərə xələl gətirməkdə ittiham edib. Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Prezident Emmanuel Makron məsələni müzakirə etmək üçün Parisdə səfir Ann Buayonu qəbul edib.

Siyasi şərhçi Sədrəddin Soltan Demokrat.az-a açıqlamasında deyib ki, iki ölkə arasında münasibətlər gərginləşəndə, adətən bu kimi diplomatik jestlər edilir. 

Onun sözlərinə görə, Fransa hakimiyyətinin Ermənistana birtərəfli qaydada dəstəyi, onu silahlandırması, sərhədyanı bölgədə mülki monitorinq missiyasını yerləşdirməsi, habelə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına qarşı pozuculuq fəaliyyəti Azərbaycanın Fransaya mənfi münasibətinin altında yatan amillərdir:

“Fransa səfirinə vəziyyətlə bağlı Azərbaycan XİN dəfələrlə məlumat verib. Çox güman ki, Yelisey sarayı səfirlə Azərbaycana dair məsələləri müzakirə edəcək. Əsas məsələ odur ki, Fransa hakimiyyəti Cənubi Qafqazda yaranmış vəziyyətə uyğun olaraq Azərbaycana qarşı münasibətini dəyişsin. 

Səfirin geri çağırılması perspektivdə buna xidmət etməyəcəksə, bu o deməkdir ki, iki ölkə arasında diplomatik münasibət səfir səviyyəsindən aşağı endirilə bilər. Azərbaycan da öz səfirini geri çağıra bilər və ölkələr arasında diplomatik münasibətin səviyyəsi aşağı enər. Hesab edirəm ki, bu, xoşagəlməz nəticələrə gətirib çıxara bilər”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top