Aparıcının düşdüyü qəza haqda DYP-dən AÇIQLAMA

HADİSƏ 17 apr 2024, 10:00
Tanınmış aparıcı Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Demokrat.az-a bildirilib ki, hadisə bu gün səhər saat 06:50 radələrində Xətai rayonu ərazisində - Zığ şosesi ilə Sadıqcan küçəsinin kəsişməsində 8 Noyabr prospekti istiqamətində baş verib. “Hyundai” markalı iki minik avtomobilinin toqquşması nəticəsində maşınlardan biri yolun hərəkət hissəsində aşıb və kənarda dayanmış “KİA”ya çırpılıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, A.Səfərova müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.




 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top