Ərdoğan gələn həftə İraqa gedir

XARİCİ SİYASƏT 15 apr 2024, 14:53
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın gələn həftə, aprelin 22-də İraqa rəsmi səfəri gözlənilir.

Demokrat.az xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.

Bildirilir ki, Türkiyə Nazirlər Kabinetinin iclasında səfəröncəsi hazırlıqlar müzakirə ediləcək.

İclasda İranın İsrailə hücumunun da gündəmdə olacağı qeyd olunur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top