Aprel döyüşlərində həlak olan onlarla əsgərin yaxınları Azərbaycanın qədim şəhəri olan Şuşa şəhərinə gəlib.
Demokrat.az konkret.az-a istinadən xəbər verir ki, bu gün Müqəddəs Xilaskar Kilsəsində Aprel döyüşlərində ölən erməni əsgərlərinin yaxınlarının vəftiz (xaç suyuna salınma) mərasimi keçirilib. Mərasimə bütün media orqanları dəvət edilib. Qondarma “dqr”-in rəhbəri Bako Saakyan da mərasimdə iştirak edib. Tədbirdə Dördgünlük Aprel Savaşında ölən əsgərlərin sayı ilə bağlı açıqlamaların qarşısı cidd-cəhdlə alınıb. Ümumiyyətlə, mərasimdə heç bir çıxış olmayıb. Qeyd edək ki, vəftiz xristianlıqda ən müqəddəs ayinlərdən biri sayılır. Bu, imanlılar cəmiyyətinə (kilsəyə) daxil olma mərasimi anlamına gəlir.