Heydər Əliyev prospektində yanacaqdaşıyan maşın aşıb — VİDEO

HADİSƏ 06 aprel 2024, 14:48
Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, qəza Heydər Əliyev prospektində şəhər istiqamətində gedən yolda baş verib.

Yanacaqdaşıyan avtomobili aşıb. Sürücü xəsarət alıb.

Qeyd olunur ki, aşan yanacaqdaşıyan avtomobil olduğu üçün yerə dağılan yanacaq səbəbindən avtomobillərin hərəkətində problem yaranıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 iyul 2025, 22:58
Top