Deputat: “Ünvanlı sosial yardım alanların sayında azalma var”

SOSİAL 03 apr 2024, 17:40
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yekunların əsasən 64 min ailənin 272 min 300 üzvü ünvanlı sosial yardım alıb.

Demokrat.az
xəbər verir ki, bununla bağlı millət vəkili Vüqar Bayramov atv-yə açıqlama verib.

Onun sözlərinə görə, bəzi ailələrin mülkiyyətində olan avtomobil onların yardım üçün müraciət etməsinə imkan vermir:

“Halbuki, daha məqsədəuyğun olardı ki, bu tələb istehsal ili çox köhnə olan avtomobillərə şamil edilməsin. 

Aydındır ki, buraxılış ili çox köhnə olan avtomobil nə dəyər baxımdan, nə də ailənin gəlir mənbəyi baxımdan xüsusi paya malik ola bilir. Bütövlükdə, son statistika ünvanlı sosial yardım proqramı ilə bağlı mövcud fiskal imkanlar çərçivəsində təkmilləşdirilmələrin aparılmasını daha da prioritetləşdirir”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top