Şahin Mustafayev Çinin Azərbaycandakı səfiri ilə görüşdü

XARİCİ SİYASƏT 03 apr 2024, 13:46
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev aprelin 3-də ölkəmizdə diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar Çin Xalq Respublikasının səfiri xanım Qo Min ilə görüşüb.

Nazirlər Kabinetindən Demokrat.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan-Çin əlaqələrinin inkişaf dinamikasından məmnunluq ifadə edilib. Siyasi, ticarət-iqtisadi, qarşılıqlı investisiyalar, nəqliyyat-logistika, energetika, kənd təsərrüfatı, humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük perspektivlərin mövcud olduğu vurğulanıb.

Baş nazirin müavini Ş.Mustafayev ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfəyə görə Çin səfiri Q.Minə təşəkkür edib, gələcək diplomatik fəaliyyətində ona uğurlar arzulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top