Ağcabədi rayonunda 1992-ci il təvəllüdlü Tağı qohumu Amilə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 14 iyul 2023-cü ildə Ağcabədi rayonu, Kəbirli kəndində baş verib. Zərdab rayon sakini Tağı qohumu Amilə məxsus fərdi yaşayış evinin giriş darvazasının qarşısında onunla şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla vurub.
Hadisəni törədən Tağının barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tağı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, iyulun 14-də, saat 14 radələrində Ağcabədi rayonu, Kəbirli kəndində qohumu Nəcməddinin evinə ailə üzvləri ilə birlikdə toya gedib: “Həmin toyda Amil də olub. Həmin toydan həddindən artıq spirtli içki qəbul etdiyimdən sərxoş oldum. Təxminən saat 16 radələrində Amil məni yanına çağırdı. Həddindən artıq spirtli içki qəbul etdiyimi, məni evlərinə aparmaq istədiyini dedi. Mən də etiraz etmədim və birlikdə toydan yola çıxdıq. Amilin yaşadığı evinin qarşısına çatan zaman məndən nə üçün bu qədər spirtli içki qəbul etdiyimi soruşdu. Mən isə Amilə əcəb etdiyimi, bunun ona heç bir aidiyyətinin olmadığını dedim. Bu zaman Amil mənə qarşı nalayiq ifadələr işlətməyə başladı. Bunun üstündə aramızda mübahisə yarandı. Amilin evinin qarşısında yolun digər tərəfində saxladığım “Qazel” markalı avtomobilə yaxınlaşdım. Sürücü tərəfindən avtomobilin qapısını açıb içərisində qara rəngli tutacağı olan mətbəx bıçağını götürərək şalvarımın arxa cibinə qoydum. Amilin yanına qayıtdım və Amildən nə üçün mənə qarşı nalayiq ifadələr işlətdiyini soruşdum. Bu zaman Amil mənə əcəb etdiyini dedi. Bundan sonra cibimdə olan bıçağı çıxarıb Amilin qarın nahiyəsinə bir dəfə vurdum. Sonra Amil evinin giriş darvazasının yanında yerləşən tövləsinin qapısını açıb içəri daxil oldu. Lakin Amilin arxası ilə girmədim. Həmin an Amilin qardaşı Fərid yanıma gəldi və nə üçün qardaşını vurduğumu deyərək sinəmdən itələdi. Bu zaman əlimdəki bıçaq yerə düşdü. Bundan sonra qorxduğum üçün həmin yerdən uzaqlaşdım”.
İş üzrə zərərçəkmiş Amilin sözlərinə görə, iyulun 14-də, saat 12 radələrində Ağcabədi rayonu, Kəbirli kəndində qonşusu Nəcməddinin yaşadığı evinə ailə üzvləri ilə birlikdə toya gəlib: “Təxminən saat 16 radələrində Tağının həddən artıq sərxoş olduğunu gördüm. Yanıma çağırdım, Tağının toyda qalacağı təqdirdə kiminləsə dava-dalaş edə biləcəyindən ehtiyat etdim. Tağıya dedim ki, gəl səni evimizə aparım, evdə bir az yatıb ayıldıqdan sonra yenidən toya gələrsən. Bundan sonra Tağını yola çıxardım. Bizim evimiz Nəcməddinin evindən çıxanda sol tərəfdən təxminən 70-80 metr məsafədə yerləşir. Evimizin qarşısında Tağıdan nə üçün bu qədər spirtli içki qəbul etdiyini soruşdum. Tağı isə mənə “özüm bilərəm nə qədər içmək lazımdır, bunun sənə qarışacağı yoxdur” dedi. Bundan sonra əsəbləşdim, Tağının ünvanına spirtli içki qəbul etdiyim üçün nalayiq ifadələr işlətməyə başladım. Tağı isə özünə məxsus “Qazel” markalı avtomobilə yaxınlaşdı. Sürücü tərəfindən qapını açıb içərisindən nəsə götürərək yanıma gəldi. Həmin vaxt yaşadığım evin qarşısında olumuşuq. Tağı mənimlə mübahisə etməyə davam etdi və nə üçün ona qarşı nalayiq ifadələr işlətdiyimi soruşdu, şalvarının cibindən bir ədəd qulpu qara rəngdə olan mətbəx bıçağını çıxararaq qarın nahiyəmə bir dəfə vurdu. Bundan sonra qorxduğum üçün evin həyət qapısını açaraq içəri daxil oldum. Lakin Tağı arxamca girmədi. Həmin vaxt oraya qardaşlarım Həbib və Fərid gəldi. Qarnımdan qan gəldiyini gördüm. Orada olan avtomobillərdən birinə əyləşib Ağcabədi rayon xəstəxanasına getdim”.
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlərlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Tağı 2 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası alıb. Təqsirləndirilən şəxsin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Fariz Məlikli
Demokrat.az