AFFA-nın yeni prezidenti strategiyasını AÇIQLADI

İDMAN 02 apr 2024, 11:35
"Qısa müddət ərzində yeni strategiya müəyyənləşdirməliyik. Ancaq bunu tətbiq etmək üçün vaxta ehtiyac olacaq".

Demokrat.az xəbər verir ki, bu sözləri AFFA-nın yeni prezidenti Rövşən Nəcəf deyib.

O, uşaq futbolunun inkişafı üçün əllərindən gələni edəcəklərini bildirib: "Bölgələrdən yeni istedadlı uşaqların üzə çıxarılması üçün çalışacağıq. Çünki aşağı yaş qruplarına diqqət ayırsaq, ölkə futbolu daim yüksək yerlərdə olacaq".

Qurum rəhbəri qadın futbolunun inkişafı üçün də işlər görəcəklərini söyləyib: "Qadın futbolumuz tarixi uğur qazandı. İndi bunu daha da inkişaf etdirməliyik".

R.Nəcəf azarkeşlərin stadionlara cəlb olunması üçün də addımlar atılacağını vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top