İsmayıllı-Lahıc avtomobil yolunda körpünün uçması səbəbindən yaranan çətinlik aradan qaldırılıb

İNFRASTRUKTUR 30 mar 2024, 20:49

İsmayıllı-Lahıc avtomobil yolunda körpünün uçması səbəbindən gediş-gəlişdə yaranan çətinlik aradan qaldırılıb.

Bu barədə ”Report”un Yuxarı Şirvan bürosuna Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Məlumatda bildirilir ki, hazırda körpü piyadalar və minik maşınları üçün açılıb. Müvəqqəti olaraq həmin yoldan iritutumlu yük maşınlarının istifadəsi isə tövsiyə olunmur.

Sözügedən körpünün uzunluğu 42, eni isə 7 metrdir. Həmin körpüdən İsmayıllı-Lahıc istiqamətində sakinlər gündəlik gəliş-gedişdə istifadə edirlər.

Qeyd edək ki, bu gün günorta saatlarında körpünün giriş istiqamətindəki 5 metrlik hissəsi uçub. Beton hissə dağıldığından asfalt örtüyü çöküb. Əraziyə İsmayıllı rayon 5 saylı xüsusi təyinatlı yol istismarı idarəsinin canlı qüvvəsi və texnikası cəlb edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top