Havanın maksimal temperaturu iqlim normasından dörd dərəcə yuxarı olub — FAKTİKİ HAVA

SOSİAL 30 mar 2024, 11:25
Ölkə ərazisində martın 30-u saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti sabit olub, əsasən yağmursuz keçib.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, qar örtüyü tədricən əriyib, Şahdağda 14 sm olub.

Sumqayıt, İmişli, Cəfərxan, Şabran, Astarada duman müşahidə olunub. Görünüş 200-500 metrədək məhdudlaşıb.

Havanın maksimal temperaturu iqlim normasından dörd dərəcə yuxarı olub. Bakıda və Abşeron yarımadasında 19 dərəcəyədək isti, Naxçıvan Muxtar Respublikasında 16-21 dərəcə isti, Aran rayonlarında 19-22 dərəcə isti, dağlıq rayonlarda 15 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə altı dərəcəyədək isti olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top