Kür çayında suyun səviyyəsi azalıb

SOSİAL 27 apr 2024, 19:15

Böyük Qafqazın ərazisindən axan Qudyalçay-Qımıl məntəqəsində suyun səviyyəsi 5 santimetr artıb, Qarasuçay-Zərdabda 20, Qaraçay-Rük, Əyriçay-Ağyazıdə 3 santimetr azalıb, Katexçay-Qəbizdərə məntəqəsində isə dəyişməyib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Kiçik Qafqazın ərazisindən axan Zəyəmçay-Ağbaşlar məntəqəsində suyun səviyyəsi 2 santimetr azalıb, Kürəkçay-Toğana, Gəncəçay-Zurnabad və Əsrikçay-Əsrik Cırdaxan məntəqələrində isə dəyişməyib.

Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Həkəriçay-Balasoltanlı, Zabuxçay-Bozlu məntəqələrində suyun səviyyəsi 2, Tərtərçay-Vəngdə 1 santimetr artıb. Bərgüşadçay-Əliquluuşağı, Bəsitçay-Rəzdərədə və Tutqunçay-Comərddə suyun səviyyəsi 1 santimetr azalıb, Tərtərçay-Kəlbəcər məntəqəsində isə dəyişiklik müşahidə olunmayıb.

Lənkəran-Astara bölgəsindən axan Təngərüdçay-Vaqo və Lənkərançay-Sifidor məntəqələrində isə suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb.

Naxçıvan Muxtar Respublikası ərazisindən axan Gilançay-Nürgüt məntəqəsində suyun səviyyəsi 4 santimetr azalıb, Naxçıvançay-Qarababa, Əlincəçay-Ərəfsə məntəqələrində isə suyun səviyyəsi dəyişməyib.

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 3 santimetr azalıb və su sərfi saniyədə 498 kubmetr qeydə alınıb ki, bu da ongünlük normanın 70 faiz təşkil edir.

Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsi 3 santimetr azalıb və su sərfi 148 kubmetr/saniyə olub. Bu da ongünlük normanın 83 faizinə bərabərdir.

Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 5 santimetr azalıb, su sərfi saniyədə 279 kubmetr təşkil edib. Bu da ongünlük normanın 34 faizini təşkil edir.

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10, Kür-Salyanda 1, Kür-Bankədə isə 3 santimetr azalıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 may 2024, 23:14
09 may 2024, 21:43
Top