“Böyük Dəbilqə”də 3 cüdoçumuz mübarizəyə başlayır

İDMAN 29 mar 2024, 10:55
Bu gün Türkiyənin Antalya şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start veriləcək.

Demokrat.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın üç idmançısı tatamiyə çıxacaq.

Kişilər arasında 60 kiloqram çəki dərəcəsində Əhməd Yusifov 1/16 finalda türkiyəli Salih Yıldızla qarşılaşacaq. 66 kiloqramda Ruslan Paşayev Türkiyənin digər təmsilçisi Muhammed Dəmirəli, Rəşad Yelkiyev isə qırğızıstanlı Baibol Salamat Uulunu sınağa çəkəcək. Onların hər ikisi yarışa 1/32 finaldan başlayacaq.

Qeyd edək ki, martın 31-dək davam edəcək “Böyük Dəbilqə” turnirində Azərbaycan 9 cüdoçu ilə təmsil olunur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top