Erməni general-mayor: “Ermənistan hakimiyyəti Rusiyanı qovmağa, ölkəni türk vilayətinə çevirməyə çalışır”

GÜNDƏM 27 mar 2024, 21:10
“Ermənistan hakimiyyəti Rusiyanı qovmağa, ölkəni türk vilayətinə çevirməyə çalışır”.

Ordu.az xəbər verir ki, bunu erməni ədliyyə general-mayoru Tatul Petrosyan deyib.

O qeyd edib ki, Ermənistan hakimiyyəti Qərbin marionetinə çevrilmək üçün hər şeyi edir, Qərb isə Türkiyənin regionda həlledici rol oynadığını düşünür.

“Rus sərhədçilər Ermənistanı tərk edən kimi türklər deyəcəklər ki, yeni sərhəd çəkilməlidir, çünki Sovet İttifaqı yoxdur, ona görə də Ermənistanın keçmiş sərhədləri yoxdur. Paşinyan deyir ki, hələ də demarkasiya xəritələri yoxdur. Hər bir hal üçün azərbaycanlılara sərf edən xəritə əsas götürüləcək”, - deyə erməni general-mayor bildirib.

Petrosyan vurğulayıb ki, hazırda Ermənistan ətrafında gedən proseslər təhlükəli nəticələrə gətirib çıxara bilər.

“Bunun qarşısını almaq üçün hakimiyyətin əleyhdarlarının səylərini birləşdirmək və onları hakimiyyətdən uzaqlaşdırmaq lazımdır. Bizim vaxtımız yoxdur”, - deyə Petrosyan əlavə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top