İrəvan Moskvadakı terrorla bağlı bu bəyanata qoşulmayıb

DÜNYA 27 mar 2024, 17:49
Ermənistan KTMT Parlament Assambleyasının Moskvada “Crocus City Hall” ticarət mərkəzindəki terror aktını pisləyən bəyanatına qoşulmayıb.

Demokrat.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan parlamentinin spikeri Alen Simonyanın mətbuat katibi Nelli Qulyan açıqlayıb. 

“Ermənistana bəyanata qoşulmaq təklif edilib. Lakin ölkə təşkilatda öz iştirakını dondurduğundan təklif qəbul edilməyib”, - deyə Qulyan qeyd edib. 

O vurğulayıb ki, ölkənin bəyanata qoşulmaqdan imtina etməsi sırf KTMT ilə bağlı məsələlərə görədir: “Faciəyə gəldikdə isə, spiker öz teleqram kanalında başsağlığı verib, spikerin müavini Akop Arşakyan isə Cenevrədə Parlamentlərarası Assambleyanın sessiyasında çıxış edərkən terror aktını qınayıb”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top