“Crocus City Hall”dakı terrorda zərər çəkənlərin sayı artıb

DÜNYA 27 mar 2024, 14:39
Moskva yaxınlığındakı “Crocus City Hall” konsert komleksində törədilən terror aktından zərər şəkənlərin sayı 360 nəfərə çatıb.

Demokrat.az xəbər verir ki, Rusiya İstintaq Komitəsinin məlumatına görə, faciə zamanı 3-ü uşaq olmaqla 139 nəfər ölüb.

“Çərşənbə günü səhərə olan məlumata görə, terror aktı nəticəsində 360 nəfər, o cümlədən 11 uşaq yaralanıb”, - deyə Rusiyanın rəsmi qurumları bildirib.

Məlumata görə, 92 zərərçəkmiş xəstəxanaya yerləşdirilib, 63 nəfər artıq evə buraxılıb, 205 zərərçəkmişə isə ambulator yardım göstərilib.

Martın 22-də bir qrup silahlı şəxs “Piknik” qrupunun konserti başlamazdan əvvəl “Crocus City Hall”ın  foyesində və konsert zalının özündə insanlara atəş açıb.
 
Faktla bağlı cinayət işi açılıb. Terror aktını törədən 4 nəfər həbs edilib.

“Crocus City Hall”da terror aktını sifariş edən şəxs hələ ki müəyyən edilməyib. Rusiya FTX-nin rəhbəri Aleksandr Bortnikovun dediyinə görə, terror aktı Qərbin xüsusi xidmət orqanlarına və Ukraynaya sərfəli olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top