“Crocus City Hall” yanır — VİDEO

GÜNDƏM 22 mar 2024, 23:45
Xəbər verdiyimiz kimi, Moskvada “Crocus City Hall” ticarət mərkəzində silahlı insident baş verib. İlkin məlumata görə, nəticədə 40 nəfər həlak olub, daha 130 nəfər isə yaralanıb. 

“Qafqazinfo”nun Rusiya mediasına istinadən məlumatına görə, insidentin ardınca binada güclü yanğın qeydə alınıb.

TASS yanğının hazırda binanın üçdə bir hissəsini əhatə etdiyini yazıb.

***

Bildirilir ki, təxminən 100 nəfər “Crocus City Hall”dan yanğınsöndürənlərin köməkliyi ilə çıxarılıb.

Binanın damından qaldırıcı mexanizmlər vasitəsilə insanların xilas edilməsi istiqamətində işlər davam etdirilir.



 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top