Fransalı partiya rəhbəri: “Makronu devirəcəklər”

DÜNYA 20 mar 2024, 00:00

Ukraynada fransız əsgərlərinin ölümü və Fransa Prezidenti Emmanuel Makronun bu ölkəyə hərbi kontingent göndərmək planları haqqında həqiqətlərin üzə çıxması ölkənin hazırkı rəhbərliyi üçün ağır nəticələrə səbəb olacaq və böyük qalmaqal yaradacaq.

Bunu Fransanın “Vətənpərvərlər” partiyasının lideri Florian Filippo Rusiya Xarici Kəşfiyyat Xidmətinin Ukraynadakı fransız hərbçiləri ilə bağlı məlumatlarını şərh edərkən deyib.

“Fransa hərbçilərinin artıq Ukraynada mövcudluğuna və onların arasında ölənlərin olmasına təəccüblənmirəm. Onların hamısını mümkün qədər tez vətənə qaytarmalıyıq. Həqiqət bəlli olanda bu, böyük bir qalmaqal yaradacaq. Makronu devirəcəklər”, - o bildirib. (oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top