Kuba ABŞ-yə nota verdi

DÜNYA 19 mar 2024, 22:45
Kuba ABŞ-nin Havanadakı səfirliyinin müvəqqəti işlər vəkili Benjamin Ziffin “müdaxiləçi şərhləri”nə görə etiraz notası göndərib.

Demokrat.az
xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sözügedən səfirin şərhləri Kubanın daxili işlərinə açıq-aşkar müdaxilə və hörmətsizlik kimi qiymətləndirib. 

Həmçinin, ABŞ-nin Kubaya qarşı illərdir tətbiq etdiyi sanksiyalara işarə edilib və ölkədə nümayişlərə səbəb olan problemlərdən ABŞ-nin də məsuliyyət daşıdığını vurğulanıb. 

Xatırladaq ki, martın 17-də Kubanın şərq əyalətində qida çatışmazlığı və 8 saatdan çox elektrik kəsilməsi səbəbindən nümayiş keçirilib. 

Daha sonra ABŞ-nin Havanadakı səfirliyi ölkənin digər ştatlarında da nümayişlərin keçirildiyini açıqlayıb.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top