“İnzibati qaydada tənbeh oluna bilərlər” — Velosiped və skuter sürənlər üçün zolaq ayrılır

GÜNDƏM 14 mar 2024, 18:56
Dənizkənarı Milli Parkın ərazisində mikromobillik (velosiped, skuter və.s) vasitələri üçün infrastruktur yaradılacaq. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, ilkin mərhələdə bulvar ərazisindəki yolun uzunluğu təxminən 2 200 metr təşkil edəcək (Dəniz Vağzalının qarşısından Azneft dairəsinədək). Bununla da bulvar ərazisi digər küçə və prospektlərdə salınan velosiped yolları ilə əlaqələndiriləcək və bir dövrə tamamlanacaq. Növbəti mərhələlərdə bu şəbəkənin genişləndirilərək bütün bulvar ərazisini əhatə etməsi planlaşdırılır. Görüləcək işlər çərçivəsində müvafiq nişanlanma işləri aparılacaq, təhlükəsizlik məqsədilə yol nişanları quraşdırılacaq, əlçatanlığın təmin edilməsi üçün panduslar inşa olunacaq. 

Nəqliyyat eksperti Rauf Ağamirzəyev Demokrat.az-a açıqlamasında deyib ki, bulvar ərazisində mikromobillik vasitələri üçün zolaq ayrılması vacibdir:



“Keçən ilin yayında şəhər sakinləri bulvarda skuter sürənlərdən narazılıq edirdilər. Amma həmin vaxt onlar üçün hələ zolaq ayrılmamışdı. Skuter və velosiped sürənlər üçün zolaq ayrılandan sonra bu məsələlər öz həllini tapacaq. Şəxs zolaqdan kənarda hərəkət edərsə, bununla bağlı şikayət etmək doğru olar. Çox güman Bulvar İdarəsi bu məsələyə nəzarət edəcək. Zolaqdan kənarda hərəkət olarsa, hərəkət iştirakçıları hər hansı inzibati qaydada tənbeh oluna bilər.

Düşünürəm ki, mikromobillik vasitələri üçün zolaq 16 km-dən bir qədər artıq olan bulvar ərazisini tam əhatə etməlidir. İçərişəhər metrosunun yaxınlığından başlayan və “Puşkin” küçəsi ilə əlaqələndirilən zolağın indi bulvar ərazisinin də bir hissəsini əhatə etməsini görülən işlərin ilkin mərhələsinin tamamlanması kimi qiymətləndirə bilərik”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top