Xəbər verdiyimiz kimi, Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə yeni rəisi təyin edilib.
Belə ki, daxili işlər naziri naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə bu vəzifəyə Yasamal RPİ-nin rəisi, polis polkovniki Cəmil Əmirov təyin edilib.
Demokrat.az xəbər verir ki, C.Əmirov 2014-ci ilə kimi Yasamal rayon 26-cı polis bölməsinin rəisi olub.
2014-ci ilin may ayında Cəmil Əmirov Oğuz rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.
2015-ci ilin mayında C.Əmirov Şəmkir rayon Polis şöbəsinin rəisi təyin edilib. O, 2019-cu ilin yanvarınadək bu vəzifəni icra edib.
C.Əmirov, 2019-cu il yanvarın 7-də Yasamal Rayon Polis İdarəsinin rəisi təyin edilib və 5 ildən çoxdur ki, bu vəzifəni icra edirdi.
Qeyd edək ki, Cəmil Əmirov Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirovun qardaşıdır.