Göygöl rayonunda 1980-ci il təvəllüdlü Zabil şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Fəridəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Zabil yaşadıqları evin yataq otağında həyat yoldaşı Fəridənin onun televizorun kabelini təmir etdirməsini tələb edərkən onu nalaiq ifadələrlə söyüb-təhqir edib.
Fəridə isə Zabilin təhqirinə qarşılıq olaraq ona eyni sözlərlə cavab qaytarıb.
Bundan sonra aralarında ailə-məişət zəminində yaranmış münaqişə zamanı Zabil Fəridənin sağ gözaltı nahiyəsinə şillə ilə zərbə vurub, ona müxtəliof dərəcəli xəsarətlər yetirib.
Hadisəni törədən Zabilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Zabil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Daşkəsən rayonunda qeydiyyatda olsa da, Göygöl rayonunun Üçtəpə kəndində ailəsi ilə birlikdə yaşayır: “Zərərçəkmiş Fəridə ilə 24 ildir ki, ailəliyəm, 2 övladımız var. Hadisə günü, saat 9 radələrində arvadım televizor kabelinin qırılması və mənim həmin kabeli təmir etdirməməyim səbəbi ilə mübahisə etməyə başladı. Mübahisə zamanı əsəbləşərək Fəridəyə qarşı nalayiq ifadə işlətdim. Fəridə isə mənim işlətdiyim nalayiq ifadələri özümə qarşı işlətdikdə əsəblərimi sakitləşdirə bilmədim. Bir dəfə şillə zərbəsi ilə Fəridənin sağ gözaltı nahiyəsinə zərbə endirdim. Fəridəni şillə zərbəsi ilə vurduqdan sonra barəmdə Daxili İşlər Nazirliyinin 102 zəng xidməti mərkəzi sisteminə şikayət etdi”.
Təqsirləndirilən şəxs qeyd edib ki, arvadı Fəridəni döysə də, hədələməyib: “Tutduğum əməldən peşman olmuşam. Fəridə ilə barışmışam”.
Bu cinayət işinə Göygöl Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Zabilin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az