4 nömrəli avtobus hər gün niyə GECİKİR? — RƏSMİ AÇIQLAMA

SOSİAL 08 mart 2024, 18:18


Demokrat.az xəbər verir ki, bu barədə Bizim.Media-ya narazı sərnişinlər müraciət edib. Dediklərinə görə son bir neçə aydır ki, 4 nömrəli marşrutun intervalında ciddi problemlər yaşanır. 

Gözü yolda qalan sərnişinlər avtobusun tez-tez, günün istənilən saatında 35-40 dəqiqə intervalla işlədiyini bildiriblər.

Həmin dayanacaqdan başqa istiqamətlərə gedən avtobusların isə nizamlı, vaxtında dayanacaqda olduğunu əlavə ediblər. 

Xatırladaq ki, ötən il noyabr ayında 4 nömrəli müntəzəm marşrut avtobusunun hərəkət istiqaməti dəyişdirilərək “Bakı Ağ Şəhər” yaşayış sahəsinə yönləndirilib. Həmçinin avtobusunistismarı “BakuBus” MMC-yə həvalə edilib. Elə avtobusla bağlı problemlərin də bundan sonra artdığı qeyd edilir.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Bizim.Media-ya açıqlamasında bildirib ki, daşıcıya hərəkət cədvəlinə riayət edilməsi tapşırılıb:

““Xətai” metro stansiyasını Montin qəsəbəsi ilə əlaqələndirən 4 nömrəli marşrut xəttində hazırda 10 nəqliyyat vasitəsi fəaliyyət göstərir. İntervalın pozulmasına günün pik saatlarında avtobusların keçdiyi Xocalı prospekti və Puşkin küçəsində müşahidə edilən ləngimələr səbəb olur. Daşıyıcıya avtobusları sərnişin təlabatına uyğun nizamlanması və sürücülərin hərəkət cədvəlinə riayət edilməsinə nəzarətin gücləndirməsi tapşırılıb”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top