32 ildən sonra Laçında toy olub

DAXİLİ SİYASƏT 08 mar 2024, 18:01

32 ildən sonra ilk dəfə olaraq Laçın rayonun Zabux kəndində toy olub.

Demokrat.az APA-nın Qarabağ bürosu xəbər verir ki, Laçında illər sonra ilk toy Zabux kəndində olub. Zabux kənd sakinləri Nurlan Əlizadə və Gülnar Cəfərovanın toy mərasimi Zabux kəndində qeyd olunub. Toy mərasimi kənddə qurulmuş mağarda keçirilib. Toy məclisində gənclərin ailə üzvləri, qohum-əqrabaları, kənd sakinləri ilə bərabər Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov və digər rəsmi şəxslər də iştirak edib. Toy mərasimində öncə Dövlət Himni səsləndirilib, ehtiram əlaməti olaraq şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Çıxış edənlər bəylə gəlinə xeyir-dua veriblər və toy şənliyi keçirilib.

Qeyd edək ki, Zabux kəndində​ 211 ailə olmaqla 808 nəfərin daimi məskunlaşması təmin edilib. Köçürülən ailələrin yeni tikilən evlərdə yaşaması üçün hər cür şərait yaradılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top