Faktiki hava açıqlandı

SOSİAL 07 mar 2024, 16:49
Martın 7-si saat 16:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində hava şəraiti dəyişib.

Milli Hidrometeorologiya Xidmətindən Demokrat.az-a verilən xəbərə görə, Bakı, Sumqayıt, Maştağa, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Gədəbəy, Ağstafa, Gəncə, Şəmkir, Tovuz, Şəki, Qax, Balakən, Mingəçevir, Yevlaxda yağış, Daşkəsəndə isə qar yağır.

Binə, Pirallahı, Sumqayıt, Çilov adası, Naftalan, Qobustan, Quba, Qusar, Tərtər, Mingəçevir, Göyçay, Bərdə, Beyləqan, Goranboy, Hacıqabul, Biləsuvar, Astara, Ağdam, Zərdabda duman müşahidə olunur. Görünüş məsafəsi 500-800 metrədək məhdudlaşıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 9, Naxçıvan MR-da eləcə də, Aran rayonlarında 13, dağlıq rayonlarda 5, yüksək dağlıq ərazilərdə 1 dərəcəyədək isti qeydə alınıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top