“Toplum TV” ifşa edildi: Qərbin anti-Azərbaycan planları iflasa uğrayır

TƏHLİL 07 mar 2024, 15:17
“Toplum TV”-nin ofisində aparılan axtarış-əməliyyat tədbirləri Qərbin Azərbaycan daxilində media üzərindən qurduğu şəbəkənin ifşa edilməsini özündə ehtiva edir. Sirr deyil ki, Azərbaycana qarşı qurulan planlara informasiya sektorunda şəbəkələrin formalaşması da daxildir. İndiyə qədər bu istiqamətdə müxtəlif media orqanları qurulub və fəaliyyət göstərib. Lakin hər biri sonda ifşa edilərək, qanunun tələblərinə uyğun addım atılıb.

Bunlardan biri də “Absaz.net” media resursu idi. Bu media orqanı ilə bağlı ortaya çıxan faktlar təsdiq etdi ki, Qərbdə bəlli şəbəkələr, xüsusilə erməni lobbisi və anti-Azərbaycan dairələrin birləşdiyi qruplar ölkəmizə qarşı daxildə “təsir agentləri” yetişdirməklə məşğuldur. Onların maliyyələşməsi də müxtəlif vasitələrlə həyata keçirilir, hətta Avropa ölkələrinin səfirlikləri üzərindən də pulların ötürülməsi haqda məlumatlar var.

“Toplum TV” də bu şəbəkəyə daxildir. Media orqanının saytında və internet resursunda yayılan informasiyalara diqqət edəndə də bunu aydın görmək mümkündür. 

“Toplum TV”-nin prezident seçkilərini sabotaj etmək məqsədilə fəaliyyət göstərən təxribat qrupuna daxil olduğu haqda məlumatlar var idi. Onların yaydığı informasiya, təbliğat kampaniyaları da təsdiq edirdi ki, maliyyə aldıqları dairələrdən seçkini pozmaq tapşırığı alıblar. Buna nail ola bilməsələr də, tam şəkildə ifşa edildilər və axtarış-əməliyyat tədbirləri zamanı ciddi faktlar əldə olundu. 

Məlumatlara görə, Qərb institutlarının Azərbaycan qanunlarına zidd şəkildə medianı, jurnalistləri və ayrı-ayrı şəxsləri maliyyələşdirməsinə dair ciddi dəllilərin müəyyən edildiyi deyilir.

“Toplum TV” əməkdaşları faktiki olaraq Azərbaycan qanunlarını pozub.

- Qeyri-qanuni şəkildə maliyyə əldə ediblər.

- Fəaliyyətlərini jurnalistika prinsiplərinə görə yox, xaricdən aldıqları tapşırıqlara əsasən qurublar.

- Azəərbaycan daxilində dövlətə qarşı sabitaj fəaliyyətlərini həyata keçiriblər.

Bu siyahını uzatmaq da olar, istintaq zamanı da ciddi faktların ortaya çıxacağı şübhəsizdir. Çünki “Toplum TV”-nin Azərbaycanın dövlət və milli maraqlarına zidd, o cümlədən, qanunsuz fəaliyyəti göz önündədir. Media resursunun ofisində aparılan araşdırma da konkret faktlara əsasən həyata keçirilib. 

“Toplum TV”-nin də daxil olduğu şəbəkəni formalaşdıran və Azərbaycana qarşı fəaliyyətini təşkil edən ölkə ABŞ-dır. Halbuki, ABŞ öz daxilində xarici təsir dairələrinə sərt yanaşma sərgiləyir, xarici qüvvələrlə bu və ya digər bağlantısı olan vətəndaşlarını sərt şəkildə cəzalandırır. Amma ABŞ Azərbayan da daxil olmaqla digər ölkələrə qarşı analoji fəaliyyəti həyata keçirir. Bu, ABŞ-ın klassik siyasətidir. Lakin bu siyasət Azərbaycanda iflasa uğrayır. Azərbaycan dövləti milli təhlükəsizliyə təhdid olan bu fəaliyyətlərin qarşısını alır. “Absaz.net”dən sonra eyni şəbəkəyə daxil olan “Toplum TV”-nin də ifşa edilməsi bunu sübut edir.

Bu həm də onu sübut edir ki, Azərbaycanı öz milli maraqlarına uyğun siyasətdən heç bir qüvvə döndərə bilməz.


Vaqif Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top