“Bitkoin”in dəyəri rekord vurdu

GÜNDƏM 05 mart 2024, 21:45

“Bitkoin”in qiyməti bütün zamanların ən yüksək həddinə çatıb.

Bunu martın 5-də “Binance” birjasının məlumatları təsdiqləyib.

Kriptovalyutanın məzənnəsi 69 min dollar həddini ötüb və bununla da 2021-ci ilin noyabrında əldə edilən tarixi maksimumu yeniləyib.

Daha sonra “Bitkoin”in məzənnəsi geriləyərək 65 min həddinə düşüb.(oxu,az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top