Komitə sədri tanınmış jurnalisti təbrik etdi — FOTOLAR

SOSİAL 02 mar 2024, 14:15
Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin sədri, millət vəkili Fazil Mustafa "Aktor.az” xəbər saytının təsisçisi və "Xalq Cəbhəsi” qəzetinin redaktoru, tanınmış jurnalist Telman İsanı (Məmmədov) 50 illik əlamətdar yubileyi ilə bağlı təbrik məktubu göndərib.

Demokrat.az
aktor.az-a istinadən Komitə sədrinin təbrikini olduğu kimi diqqətə çatdırır:

"Hörmətli Telman müəllim, Sizi – tanınmış Azərbaycan jurnalistini 50 illik əlamətdar yubileyinizlə bağlı təbrik edir, möhkəm cansağlığı, yaradıcı və ictimai fəaliyyətinizdə sizə yeni uğurlar diləyirəm!

Siz müxtəlif televiziya və qəzetlərdə, ictimai qurumlarda uzunmüddətli, səmərəli fəaliyyət özkeçmişinə maliksiniz.

2005-2013-ci illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətinin Analitik Proqramlar Departamentinin direktor müavini olarkən, müxtəlif verilişlərin müəllifi, aparıcısı olmusunuz. – "Odlar yurdu: Azərbaycan” telekörpüsü, "Gerçəyin özü” və b. verilişlər buna örnək göstərilə bilər.

2013-2016-cı illərdə "Axar.az” xəbər saytının redaktoru, həmçinin "Kaspi” qəzetinin rus redaksiyasında şərhçi olmusunuz. Hazırda "Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin sədr müavini, "Miqrasiya Əməkdaşlıq Platforması” İşçi Qrupunun rəhbəri, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının doktorantı olmaqla yanaşı, jurnalist fəaliyyətinizi də davam etdirirsiniz. 2016-cı ildə qurduğunuz "Aktor.az” xəbər saytına rəhbərlik etməklə birgə, həmçinin "Xalq Cəbhəsi” qəzetinin redaktoru, "AXC TV” internet televiziyasının "Azad meydan” verilişinin aparıcısısınız.

Jurnalistika sahəsində səmərəli fəaliyyətinizə görə, Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci il 15 iyul tarixli Sərəncamı ilə "Tərəqqi” medalına, habelə bir sıra ictimai ödüllərə layiq görülmüsünüz.

Sizi yaradıcılıq uğurlarınız və əlamətdar yubileyinizlə bağlı bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm!

Sayğılarla, Komitə sədri Fazil MUSTAFA!”

Qeyd edək ki, Telman İsa 5 mart 1974-cü ildə Gürcüstan Respublikasının Qardabani rayonunda anadan olub.


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top