Yaponiya parlamenti 750 milyard dollarlıq büdcə layihəsini təsdiqləyib

DÜNYA 02 mar 2024, 15:30
Yaponiya parlamentinin Aşağı Palatasının Büdcə Komissiyası hökumətin 2024-cü maliyyə ili (aprelin 1-dən başlayır – red.) üçün təklif etdiyi büdcəni 112,57 trilyon yen (təxminən 750 milyard ABŞ dolları) xərclə təsdiqləyib.

Demokrat.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Büdcənin xərclər hissəsinin həcmi son 12 ildə ilk dəfə kiçildilib, buna baxmayaraq, həcminə görə o, yalnız 2023-cü ilin rekord büdcəsindən geri qalır. 2024-cü ilin layihəsi müdafiə xərclərinin təxminən 7,94 trilyon yenə (53,8 milyard ABŞ dolları) qədər artırılmasını nəzərdə tutur ki, bu da başa çatmaqda olan maliyyə ilinin eyni maddəsi ilə müqayisədə təxminən 16,5% çoxdur.

Yaponiya Konstitusiyasına əsasən, qanun aşağı palatada təsdiq edildikdən sonra baxılması üçün veriləcək yuxarı palatada səsvermənin nəticəsindən asılı olmayaraq 30 gün ərzində qüvvəyə minəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top