Azərbaycanda yeni fond yaradılır — FƏRMAN

DAXİLİ SİYASƏT 01 mar 2024, 13:02
Prezident İlham Əliyev Enerji effektivliyi fondunun yaradılması və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında Fərman imzalayıb. 

Demokrat.az xəbər verir ki, bununla bağlı President.az məlumat yayıb. 

Fərmana əsasən, Enerji effektivliyi fondu yaradılır və “Enerji effektivliyi fondunun vəsaitlərinin formalaşdırılması və istifadə Qaydası” təsdiq edilir. 

Müəyyən edilir ki, Fond enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi üzrə tədbirlərin stimullaşdırılması və təşviqi məqsədilə yaradılır və onun vəsaitinin sərəncamçısı Enerji Məsələlərini Tənzimləmə Agentliyi qismində Azərbaycan Respublikasının Energetika Nazirliyidir. Bundan başqa, Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti Energetika Nazirliyi həyata keçirir

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top