Liviya sahillərində miqrant cəsədləri tapıldı

DÜNYA 29 fev 2024, 21:45
Liviyanın şərqindəki Sirte şəhərinin sahillərində 7 qeyri-qanuni miqrant cəsədi tapılıb.

Demokrat.az
xəbər verir ki, bu barədə Liviya Sahil Təhlükəsizliyi Baş İdarəsi məlumat yayıb.

Məlumatda, şəxsiyyətləri hələlik müəyyən edilməyən cəsədlərin Sirtenin Um əl-Kəndil bölgəsindəki çimərlikdə tapıldığı bildirilib.

Həmçinin miqrantların cəsədlərinin Bin Cavad əyalətinə təhvil verildiyi qeyd olunub. 

Bölgədə axtarışların davam etdiyi və məsələ ilə bağlı hüquqi proses başlanıldığı vurğulanıb. 

Qeyd edək ki, Liviya Aralıq dənizi üzərindən qeyri-qanuni yollarla Avropaya getmək istəyən miqrantlar üçün çıxış nöqtəsi olaraq görülür.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top