Xəbərlərdə hüquqi baxımdan pozuntular mövcud idi — Əhməd İsmayılov

MEDİA 28 fev 2024, 10:35
"Hüquq və İnsan Haqları İnstitutu tərəfindən Azərbaycan mediasında insan hüquqlarının qorunmasını təmin etmək üçün aparılan monitorinq və təhlil çox vacibdir. Çünki cəmiyyətə təqdim edilən xəbərlərdə hüquqi baxımdan beynəlxalq konvensiyalarda və milli qanunvericilikdə nəzərdə tutulan qaydalara görə pozuntular mövcud idi".

Demokrat.az pravda.az-a istinadla xəbər verir ki, bu sözləri Media İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov "Media və insan hüquqları" mövzusunda keçirilən təlimdə deyib.

O bildirib: "Məqsədimiz hansısa medianı tənqid etmək deyil. Məqsədimiz bu sahədə inkişaf görməkdir. Son dövrlər media nümayəndələri üzərində cəmiyyət tərəfindən təzyiq var. Məsələn, bir neçə gün öncə dünyasını dəyişən uşağın şəkli yayımlanmışdı. Bütün media orqanlarına bu şəklin üzünün qapadılmasını dedik. Bizə sual verdilər ki, "niyə?" Axı fotodakı zərərçəkmiş şəxsdir. Yetkinlik yaşına çatmamış şəxsin fotosu bu cür yayımlana bilməz. Bəziləri dedilər ki, "axı həmin şəxs rəhmətə gedib". Sanki insan rəhmətə gedəndə hüquqları bağlanır. Başa düşdük ki, bu cür təlimlərə ehtiyac var. Hakimlərimizin, vəkillərimizin də iştirakı ilə jurnalistlər üçün bu cür seminarlar təşkil ediləcək".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top