Şəmkirdə avtomobil körpüdən aşıb: Ölən və xəsarət alan var

HADİSƏ 24 fev 2024, 22:32

Şəmkir rayonunda avtomobil qəzası olub, ölən və xəsarət alan var.

“Report”un Qərb bürosunun məlumatına görə, minik avtomobili idarəetmədən çıxaraq körpüdən aşıb.

Nəticədə bir nəfər hadisə yerində dünyasını dəyişib, 1989-cu il təvəllüdlü E.Qarayev isə xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top